Digər
Mənbə
ANS PRESS
Bu atanın çarəsizliyi görənlərin qəlbini dağladı (FOTO)
Çində bir ataanın xəstə övladına dərman almaq üçün etdikləri görənlərin ürəyini parçalaşıb. ANS PRESS-in "Daily Mail"ə istinadla verdiyi məlumata görə, 38 yaşlı Cen Yuntao Hefei şəhərinin ən işlək küçələrindən birində başına at maskası taxaraq oturub. O, yoldan keçənləri 1 dollar müqabilində at kimi belində gəzdirməyi təklif edir.
O, yanına oğlunun fotosu və xəstəliyi haqqında böyük plakat yerləşdirərək qazanc əldə etməyə çalışır.
Bu yolla kişi leykamiya xəstəsi olan 9 yaşlı övladınıən müalicə xərclərini qarşılamağa çalışır. "Son çarəm bu olmasa əsla bu addımı atmazdım".
Onun sözlərinə görə, indiyə qədər müalicəyə 200 min yuan xərcləyiblər, kimyaterapiya üçün daha 500 min yuana ehntiyacları var.
Mənbə
ANS PRESS