Britaniya universitetlərində fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri birləşiblər
London, 4 aprel,
AZƏRTACBritaniya universitetlərində fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri birgə fəaliyyət göstərmək məqsədi ilə “Azərbaycan-Britaniya Tələbə Şəbəkəsi” adı altında birləşiblər. Azərbaycanın Böyük Britaniyadakı səfirliyində bununla əlaqədar tədbir keçirilib.
Səfir Tahir Tağızadə tədbirdə çıxış edərək deyib ki, Azərbaycan gəncləri bizim gələcəyimizdir. Sabahkı fəaliyyətimiz, həmrəyliyimiz bu gün təhsil alan, öz üzərində çalışan gənclərimizin olacaq.
Diplomat cəmiyyətlərin birləşməsinin əhəmiyyətli hadisə olduğunu bildirib. Şəbəkələşmənin Azərbaycan-Britaniya strateji tərəfdaşlığına böyük töhfə verəcəyini diqqətə çatdırıb. O, tələbələrə fəaliyyətlərində uğurlar arzu edib.
Tədbirin rəsmi hissəsindən sonra səfir tələbələrlə söhbət edib, onların probemləri ilə maraqlanıb.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London