Dünya
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London
Britaniya Kraliçası II Dünya müharibəsinin bitməsinin 70 illik yubileyində iştirak edəcək
London, 3 aprel,
AZƏRTACBöyük Britaniya kraliçası II Elizabet Avropada II Dünya müharibəsinin bitməsinin 70 illik yubileyi ilə əlaqədar mayın 8-də “Westminster Abbey” kilsəsində keçirilən tədbirdə iştirak edəcək.
Tədbirdə müharibə qurbanlarının xatirəsi iki dəqiqəlik sükut yad olunacaq və yaylım atəşi açılacaq.
Yubiley tədbirinin üç gün davam etməsi nəzərdə tutulub.
Mayın 9-da saat 11:00-da ölkə ərazisindəki katedrallar zənglərini səsləndirəcək. Mayın 10-da isə “St James's” parkında veteranlar üçün qəbul təşkil ediləcək.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London