Dünya

Brent markalı neftin barrelinin qiyməti 60 dolları keçib

Metbuat.az

Bakı, 15 aprel,

AZƏRTAC

Londonun ICE pirjasında Brent markalı neftin barrelinin iyun fyuçersinin qiyməti 0,8 faiz bahalaşaraq 60,28 dollardan satılıb.


AZƏRTAC

Vesti.ru saytına istinadla xəbər verir ki, brent markalı neftin barrelinin may ayı üçün hazırkı aktiv müqavilə qiyməti isə 1 faiz bahalaşıb və 59,02 dollara çatıb.


Bununla belə, may ayı üçün müqavilələr bu gün sonuncu dəfə bağlanır. Sabahdan isə brent markalı neftin iyun fyuçerslərinin aktiv hərracları başlayır.