Dünya

Braziliyanın San-Paulu ştatının qubernatorunun oğlu helikopter qəzasında həyatını itirib

Metbuat.az

Bakı, 3 aprel,

AZƏRTAC

Braziliyanın San-Paulu ştatının qubernatoru Jeraldu Alkminin 31 yaşlı oğlu Tomas Alkmin helikopterin qəzaya uğraması nəticəsində həlak olan 5 ekipaj üzvünün arasındadır.


AZƏRTAC

Euronews telekanalına istinadla xəbər verir ki, qəza aprelin 2-də San-Paulu meqapolisinin Karapikuiba rayonunda baş verib. Doqquz sərnişin daşımağa hesablanmış fransa istehsalı olan EC-155 helikopterin sahibi Seripatri şirkəti aparatın növbəti texniki xidmətdən sonra test uçuşu keçirdiyini bildirib. Qəza zamanı helikopterin göyərtəsində aralarında Tomas Alkminin də olduğu 2 pilot, həmçinin 3 aviasiya texniki həyatını itirib. Nüfuzlu Braziliya siyasətçisinin oğlunun ölüm faktını artıq ştat rəhbərliyi də təsdiqləyib.


Helikopterin idarəetməni itirərək yaşayış məhəlləsinə düşdüyü bildirilir. Qəzanın səbəbləri müəyyən olunmayıb. Hadisə ilə bağlı təhqiqat aparılır.