Dünya

Braziliyada helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb

Metbuat.az

[ 03 Aprel 2015 07:34 ]



Bakı-APA. Braziliyanın San Paolo şəhərində helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, idarəetməni itirən helikopter yaşayış binalarının olduğu məhəlləyə düşüb. Qəzanın səbəbləri hələlik məlum deyil.

İlkin məlumata əsasən, Fransa istehsalı olan  EC-155 tipli helikopter texniki baxışdan sonra sınaq uçuşu həyata keçirirmiş. “Seripatri” aviaşirkətinə məxsus helikopterdə iki pilot və üç aviatexnik olub.

Faktla bağlı Braziliyanın Milli Mülki Aviasiya Agentliyi araşdırma aparır.