Dünya

Braziliya: “Korintians” futbol klubunun 8 azarkeşi öldürülüb

Metbuat.az

Bakı, 20 aprel,

AZƏRTAC

Braziliyanın San-Paulu şəhərində fanat qruplaşmasının mənzil-qərargahına silahlı hücum nəticəsində “Korintians” futbol klubunun 8 azarkeşi öldürülüb. Hücum zamanı onlar komandanın növbəti oyunu üçün banner hazırlayırmış.


AZƏRTAC

“Rossiya 24” telekanalına istinadla xəbər verir ki, həlak olanlardan 7-si başından vurularaq, biri isə qaçmağa cəhd edərkən qətlə yetirilib. Hücumu üç nəfərin həyata keçirdiyi bildirilir.


Polis hadisənin azarkeş icmaları arasındakı ədavət zəmnində baş verməsi versiyasını istisna edib. İlkin məlumata görə, hücum narkotik maddələrin ticarəti ilə bağlıdır.