Dünya
AZƏRTAC
Bosniyada Papa üçün stulu müsəlman ailəsi düzəldəcək
Bakı, 6 Aprel,
AZƏRTACBosniya və Herseqovinanın katolik kilsəsi Papa Fransiskin iyun ayında bu ölkəyə səfəri zamanı istifadə etməsii üçün nəzərdə tutulan stulun hazırlanmasını müsəlman ailəsinə həvalə edib.
AZƏRTAC
VOA-in saytına istinadla xəbər verir ki, Bosniya ənənələrinə əsasən bu ölkəyə səfərə edən hər bir Papa üçün yeni stul hazirlanır. Lakin bunun üçün ilk dəfədir ki, müsəlman usta seçilir.
Qeyd edək ki, Hajderovaç ailəsi taxtadan gündəlik istifadə edilən əşyaların, o cümlədən müsəlman və xristianların dini rəmzlərinin hazırlanması ilə məşğuldur.