Ölkə

Bosniya və Herseqovina Baş nazirinin müavini Bakıya gəlir

Metbuat.az

Bakı, 22 aprel,

AZƏRTAC

 


Bosniya və Herseqovinanın Baş nazirinin müavini, xarici işlər naziri Zlatko Laqumciya aprelin 27-də Bakıya gələcək. Səfərin məqsədi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən aprelin 28-29-da keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etməkdir.


Komitənin mətbuat xidmətindən

AZƏRTAC

-a bildiriblər ki, “Yeni dünya düzənində etimadın yaradılması” mövzusuna həsr olunan Forumda Zlatko Laqumciyanın çıxışı planlaşdırılır.


Xatırladaq ki, Forumda 40-dan çox ölkə hazırkı və sabiq prezidentlər, baş nazir və xarici işlər nazirləri səviyyəsində təmsil olunacaq. Ümumilikdə isə tədbirdə 75 ölkədən 350-dək nümayəndənin iştirakı gözlənilir. Forum çərçivəsində yeni dünya nizamının başlıca problemləri, Avropa İttifaqı və qonşuluq, enerji təhlükəsizliyi, etimadın qurulmasında dinlərarası dialoq, sülhün qorunmasında qadınların rolu, təhlükəsizliyin təminatında yerli, milli və regional inteqrasiyanın əhəmiyyəti kimi mövzular barədə müzakirələr aparılacaq.