Dünya
AZƏRTAC
Boşanan insanlarda infarkt riski daha yüksəkdir
Bakı, 15 aprel,
AZƏRTACABŞ tədqiqatçılarının fikrincə, evli həmyaşıdları ilə müqayisədə boşanan insanlarda infarkt riski daha yüksəkdir.
AZƏRTAC
BBC-yə istinadla xəbər verir ki, tədqiqatlar 15 827 insan üzərində aparılıb. Məlum olub ki, boşanma nəticəsində daha çox stressə məruz qalmış qadınlar yenidən ailə qurduqda infarkt riski azalır. “Circulation” jurnalında dərc edilən məqalədə iddia olunur ki, boşanma ilə bağlı xroniki stress insan orqanizminə uzun müddətli təsir göstərir.
Britaniya Ürək Federasiyası boşanmanı ürək xəstəliyi riski kimi təsnif etməzdən əvvəl daha geniş tədqiqatlara ehtiyac olduğunu bildirir.