Dünya
AZƏRTAC
Bolqarıstanda otelin uçması nəticəsində 4 nəfər ölüb
Bakı, 10 aprel,
AZƏRTACBolqarıstanın Varna şəhərində aprelin 9-da uçmuş otelin dağıntıları altından 4 nəfərin cəsədi tapılıb. Bu barədə Varna şəhər polisinin mətbuat xidməti məlumat verib.
AZƏRTAC
TASS informasiya agentliyinə istinadla xəbər verir ki, axtarış əməliyyatlarının başa çatdığını deyən polis nümayəndəsi həlak olanlardan birinin şəxsiyyətinin hələ ki, müəyyən edilmədiyini bildirib.
Qeyd edək ki, 11 mərtəbəli “Veronika” mehmanxanasının binası aprelin 9-da gecə saatlarında konstruksiyanın sökülməsi işləri zamanı uçub. Hadisənin təhlükəsizlik texnikasının kobud şəkildə pozulması nəticəsində baş verdiyi bildirilir. Söküntü işlərinə rəhbərlik edən şəxs saxlanılıb, təhqiqat davam edir.