Dünya

Bolqarıstan da Putinə arxa çevirdi

Metbuat.az

Bolqarıstan Böyük Vətən müharibəsində faşizmin üzərində Qələbənin 70 illiyi münasibəti ilə Moskvada keçiriləcək təntənəli mərasimə rəsmi nümayəndə heyəti göndərməyəcək.



ANS PRESS-in məlumatına görə, bu barədə Bolqarıstanın xarici işlər naziri Daniyel Mitov yerli televiziyaya müsahibəsində deyib.



O bildirib ki, prezident Rosen Plevneliev Rusiyaya getməkdən imtina edib. Ümumiyyətlə, Avropa İttifaqının bütün üzv ölkələri Moskvaya nümayəndə heyəti göndərməməyə qərar verib.



Nazirin sözlərinə görə, Moskvada olan səfirimiz bu məsələlərlə öz səlahiyyəti çərçivəsində məşğul olmalıdır. Bu gün Bolqarıstan üçün böyük əhəmiyyət daşıyan məsələ Avropa İttifaqı və NATO qarşısında ölkəmizin üzərinə götürdüyü öhdəliklər çərçivəsində aktiv xarici siyasətin saxlanılmasıdır.



Ümumiyyətlə, Finlandiya, Polşa, ABŞ, Sloveniya, Gürcüstan, Böyük Britaniya, Bolqarıstan və Çernaqoriyanın dövlət və hökumət başçıları Kremlin dəvətindən imtina ediblər.



Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qələbə Paradında iştirak etmək üçün 25 dövlət başçısı dəvətimizi qəbul edib. Təntənəli tədbirlər iştirakçılarının tam siyahısı aprelin sonunda dərc olunacaq.



Mənbə
ANS PRESS