Digər

BMW ilə işıq dirəyini aşırdı - FOTO

Metbuat.az
Gəncə-Şəmkir yolunda avtomobil işıq dirəyini aşırıb

Kəpəz TV (Region TV) xəbər verir ki, bu gün saat 13 radələrində Gəncə-Şəmkir yolunun 1-ci kilometrliyində yol qəzası baş verib.



Şəmkir sakini

Fuad Əliyev

“BMW” markalı avtomobillə Şəmkir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun mərkəzində basdırılan işıq dirəyinə çırpıb. Nəticədə  xəsarət alan olmasa da, avtomobilə xeyli ziyan dəyib. Aşan işıq dirəyi də tam yararsız hala düşüb.



Qəzaya ilkin səbəb kimi sürücünün yağışlı havada düzgün sürət seçməməsi göstərilir.


Faktla bağlı Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsində araşadırma aparılır.



Milli.Az