Dünya

BMT-nin hərbi bazasına hücum oldu: 3 ölü, 9 yaralı

Metbuat.az

Malidə BMT-yə məxsus hərbi bazada törədilən terror aktı nəticəsində 3 nəfər ölüb, 9 sülhməramlı  yaralanıb.

APA-nın “AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, insident ölkənin şimalında, Ansonqo şəhərində baş verib.

İlkin məlumata əsasən, terrorçu-kamikadze avtomobillə bazaya daxil olduqdan sonra güclü partlayış baş verib. Sülhməramlılardan ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir.