Digər

BMT-nin Bakıdakı yeni rəsmisi

Metbuat.az

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Tükiyə vətəndaşı Mustafa İmiri Azərbaycanda öz nümayəndəsi vəzifəsinə təyin edib.



ANS PRESS-in məlumatına görə, Mustafa İmir son dörd il müddətində FAO-nun İndoneziyadakı nümayəndəsi olub. 2011-ci ildə FAO-da işə başlamazdan əvvəl, o Türkiyənin Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyində beynəlxalq əlaqələr və xüsusilə də Avropa İttifaqı ilə əməkdaşlıq sahəsində calışıb.



Mustafa İmir baytarlıq təbabəti elmlər doktoru dərəcəsini alıb, kənd təsərrüfat və baytarlıq sahələrində geniş bilgilərə malikdir. O kənd təsərrüfat sahəsində Ümumdünya Ticarət Təşkilatının Doha ticarət danışıqlarında fəal iştirak edib.



"Azərbaycanda təcrübəmi və bacarıqlarımı tətbiq etməyə haziram. Azərbaycan ərzaq, kənd təsərrüfatı vətəbii ehtiyatlar sahəsində böyük nailiyyətlərə və potensiala malik olan bir ölkədir",- deyə Mustafa İmir vurğulayıb.



Azərbaycan 1995-ci ildən FAO-nun üzvüdür.


Mənbə
ANS PRESS