Dünya

Biznesmen Milan məhkəməsi binasında üç nəfəri güllələyib

Metbuat.az

Bakı, 9 aprel,

AZƏRTAC

İtaliyanın Milan şəhərindəki məhkəmə binasında atışma zamanı üç nəfər, o cümlədən hakim qətlə yetirib, daha bir nəfər isə yaralanıb.


AZƏRTAC

Vesti.ru saytına istinadla xəbər verir ki, bilərəkdən iflasa səbəb olmaqda ittiham edilən Klaudio Cardiello məhkəmə zallarının birində tapançadan atəş açmağa başlayıb.


Hadisə yerinə polislər cəlb olunub, məhkəmə binasındakı insanlar dərhal təxliyə edilib. Qaçmağa cəhd edən biznesmenin polis tərəfindən saxlanıldığı bildirilir.


Klaudio Cardiello məhkəmə binasına vəkili ilə birgə daxil olduğu üçün onun üzərində axtarış aparılmayıb.