Biznes inkubatorun idarə edilməsində beynəlxalq təcrübə öyrənilir
Bakı, 1 aprel,
AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində "Kiçik biznesin inkişafında biznes inkubatorların rolu" mövzusunda beynəlxalq seminar keçirilib.
Nazirlikdən
AZƏRTAC-a bildiriblər ki, seminarda iştirakçılara biznes inkubatorun idarə edilməsi və bu sahədə beynəlxalq təcrübə, biznes inkubatorun təşkilatı idarəetmə strukturunun və idarəetmə orqanlarının yaradılması, biznes inkubatorun fəaliyyətinin təkmilləşdirilməsi barədə ətraflı məlumat verilib. Bununla yanaşı, seminarda biznes inkubator iştirakçıları ilə fərdi görüşlər təşkil edilib, biznesin təşkili və idarə edilməsi ilə bağlı konsaltinq xidmətləri göstərilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
BMT-nin İnkişaf Proqramının eksperti Pavel Habartanın da iştirak etdiyi seminarda iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanılıb.