Dünya

Biryulyovoda daha bir dəhşət: cəsədi azərbaycanlı tapdı

Metbuat.az
Moskvanın cənubunda təzə doğulmuş uşağın cəsədi tapılıb.

Yeni doğulan uşaq boğularaq öldürülüb, sonra polietilen paketə qoyularaq Moskvanın Biryulyovo rayonundakı boş sahəyə atılıb.



Milli.Az

bildirir ki, bu barədə 

İnterfax

agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə deyib.



Mənbənin sözlərinə görə, şənbə günü səhər Azərbaycan vətəndaşı Xarkov keçidi, 7-ci mülkün ərazisindəki boş sahədə göbəyi kəsilməmiş, boğazına əski bağlanmış və polietilen paketə qoyulmuş yeni doğulmuş uşağın meyidini tapıb.



Bildirilir ki, uşaq bir sutka əvvəl öldürülüb. İlkin məlumata görə, o, boğularaq öldürülüb.



"Adam öldürmə" maddəsi ilə cinayət işi başlayıb.



RF DİN Baş İdarəsindən uşağın cəsədinin tapılması faktı təsdiq edilsə də, təfərrüatlar açıqlanmayıb.


 
Milli.Az