Ölkə

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Azərbaycana rəsmi səfərə gəlib

Metbuat.az

Bakı, 1 aprel,

AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum aprelin 1-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.


Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.


Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumu hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.