Digər

Birləşmiş Ərəb Əmirliklərinin baş naziri Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Metbuat.az

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Əlahəzrət

Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum

aprelin 1-də Şəhidlər xiyabanını ziyarət edib.



Milli.Az

AzərTAc

-a istinadən xəbər verir ki, burada hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.



Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.



Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Birləşmiş Ərəb Əmirliklərinin və Azərbaycanın dövlət himnləri səslənib.



Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.



Milli.Az