Digər

Bir neçə gün küləkli hava hökm sürəcək

Metbuat.az

Yaxın günlər ərzində ölkə ərazisində hava şəraiti əsasən, yağmursuz və küləkli keçəcək.

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru İmran Məmmədov APA-ya bildirib ki, noyabrın 18-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən, yağmursuz olacaq, cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 7-10, gündüz 15-18 dərəcə isti olacaq.

Noyabrın 19-u səhər saatlarından isə cənub-qərb küləyi şimal-qərb küləyinə keçəcək, günün ikinci yarısında küləyin sürəti arabir nisbətən güclənəcək. Bununla əlaqədar hava bir qədər soyuyacaq. Havanın temperaturu gecə 7-10, gündüz 14-17 dərəcə isti olacaq.

Noyabrın 20-də günün birinci yarısında şimal-qərb küləyi yenidən cənub-qərb küləyinə, ikinci yarısında cənub-qərb küləyi şimal-qərb küləyinə keçəcək.