Ölkə

Bir gündə üç nəfər dərman və dəm qazından zəhərləndi

Metbuat.az

Bir gündə üç nəfər dərman və dəm qazından zəhərlənib.



ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 3-də Gəncə şəhərində yaşayan Aysel Ələkbərova dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib.



Aprelin 3-də Bakı şəhər sakinləri Sevilcan Güllərova, Kifayət Rəsulova və Salyan şəhər sakini Züleyxa Hacıyeva isə Şirvan şəhərində kirayədə yaşadıqları evdən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətiriliblər. Onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.



Faktlarla bağlı araşdırma aparılır.

Mənbə
ANS PRESS