Digər
Region TV
Videonu izləmək üçün şəklə klikləyin.
Bir ay əvvəl törədilən oğurluğun üstü açıldı - VİDEO
Paytaxtın Nizami rayonunda oğurluq hadisəsi qeydə alınıb. Hadisə martın 6-sı saat 20:30 radələrində
İnarə Orucovaya məxsus mənzildə qeydə alınıb.
Belə ki, 48 yaşlı Tərtər sakini
Zakir Verdiyeveyvandan mənzilə daxil olaraq, zərərçəkmiş şəxs İnarə Orucovaya məxsus, dəyəri 3000 manat olan qızıl-zinət əşyalarını oğurlamaqla maddi ziyan vurub.
Nizami RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, əvvəllər məhkum olunan Zakir Verdiyevin yeri müəyyən olunaraq istintaqa cəlb olunub. İstintaq zamanı saxlanılanın Nizami və Xətai rayonu ərazilərində oxşar cinayət əməllərinin törətməsi məlum olub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Region TV
Videonu izləmək üçün şəklə klikləyin.