Ölkə

Binəqədidə faciə: ölən var

Metbuat.az

Ölən şəxsin kimliyi dəqiqləşdirilir

Bakının Binəqədi rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, aprelin 15-də saat 20 radələrində Binəqədi qəsəbəsi, 2-ci mədən yaşayış massivi, 72-ci korpusda kirayə yaşayan şəxs 30-40 yaşlı kişi dəm qazından boğulub. Elnur adlı həmin şəxsin meyiti hamam otağından tapılıb. İlkin olaraq onun şəxsiyyətini tam dəqiqləşdirmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar aparılır.