Ölkə

Biləsuvar məktəbliləri narkomaniyanın fəsadları barədə məlumatlandırılıblar

Metbuat.az

Biləsuvar, 9 aprel, Mahir Babayev,

AZƏRTAC

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları məktəblərdə maarifləndirmə xarakterli tədbirlərə başlayıblar. Bu tədbirlərin keçirilməsində məqsəd bəşəriyyətin bəlasına çevrilən narkomaniyanın fəsadları barədə şagirdləri məlumatlandırmaqdır.


AZƏRTAC

xəbər verir ki, belə tədbirlərdən biri Biləsuvar şəhər 4 saylı tam orta məktəbdə keçirilib. “Narkomaniya əsrin bəlasıdır” mövzusunda keçirilən tədbirdə respublikamızda narkotik vasitələrin dövriyyədən çıxarılması və belə təzahürlərə qarşı mübarizə ilə bağlı görülən işlər barədə məlumat verilib, narkomaniyanın fəsadlarından danışılıb.


Tədbirdə, eyni zamanda, son illər narkotik vasitələrdən istifadə edənlərin sırasında yeniyetmələrin sayının artdığı da təəssüflə qeyd olunub və belə vərdişlərə qarşı mübarizə aparmaq üçün müəllim və şagirdlər ayıq-sayıq olmağa çağırılıb.


Sonda narkotik vasitələrin insan sağlamlığına vurduğu ziyandan bəhs edən film nümayiş etdirilib.