Bəzi banklardan SMS gəldi (VİDEO)
Bəzi banklar taksit kartlarından manatla pul çıxarmağa məhudiyyət qoyub.
ANS TV-nin məlumatıa görə, son bir neçə gündə bəzi müştərilərə banklar tərəfindən taksit kartlarından nağd pul çıxarılmasına məhdudiyyət qoyulması haqqında sms-lər gəlib. Taksit kartlarının bəzilərində isə ümimiyyətlə pulu nağdlaşdırmaq imkanı ləğv edilib.
Bu məhdudiyyətlər yalnız manatla verilən kartlara şamil edilir. Bu addımın səbəbi kimi ekspertlər müxtəlif amilləri göstərir. Bəzi mütəxəssislər hesab edirlər ki, burada məqsəd hökumətin nağdsız ödənişlərin stimullaşdırılması siyasəti ola bilər.
Ekspert Nəriman İmranov isə deyir ki, nağd pul çıxarılmasına məhdudiyyət qoyulması həm də dövlətin məqsədidir. Mərkəzi Bank da Azərbaycanda nağdsız əməliyyatlara dəstək verməklə bu tövsiyyələrini kommersiya banklarına verib. Banklar da dövlətin siyasətini dəstəkləmək üçün bu məhdudiyyətləri tariflərin artırılmasını, ümumiyyətlə nağd pul çıxarılmasının qarşısını alınması üçün bu məhdudiyyətlərin qoyulur.
Amma başqa ehtimallar da var. Məsələn, bankların özündə manat çatışmazlığı yaranmaması üçün bu addımın atılması mümkündür. Məqsədin nə olmasından asılı olmayaraq, istənilən halda manatla olan kartlara məhudiyyət qoyulması insanlarda milli valyutanın məzənnəsi ilə bağlı şübhələr yaradıb.
Artıq bəzi insanlar manatın ucuzlaşacağı haqqında banklarda məlumat olmasını düşünməyə başlayıb. Digər bir məsələ, bu addımın qanuna uyğun olub-olmamasıdır.
Müştərilər bankla müqavilə bağlayarkən, nağdlaşdırma imkanı verən kart məhsulu almışdı. İndi isə onlara heç məlumat verilmədən məhsul dəyişdirilir.
Hüquqşünaslar isə istehlakçı hüquqlarının pozulduğunu deyirlər.
ANS TV