Beynəlxalq Təşkilat Səud rejimini tənqid etdi
Səudiyyə Ərəbistanın başçılıq etdiyi 10 ərəb ölkəsinin yaratdığı koalisiyanın Yəmənə endirdiyi hava zərbələr mülki şəxslərin ölümü ilə nəticələnməkdədir.
ANS PRESS-in məlumatına görə, Beynəlxalq Əfv Təşkilatı Səudiyyə Ərəbistanının aprelin 1-də təşkil etdiyi hava hücumu nəticəsində Yəməndə ən az altı mülki şəxsin yanaraq can ölməsi barədə açıqlama yayıb.
Məlumatda deyilir ki, ümumilikdə 14 nəfərin ölməsi ilə nəticələnən hava zərbələri nəticəsində ölənlərin 4-ünün uşaq, ikisinin isə qadındır.
Hava zərbəsinin hədəfi husilərin nəzarət nöqtəsi olsa da bombardman nəticəsində mülki şəxslər də ölüb. Qalan 8 nəfərin də silahlı şəxs olduğu məlum deyil. Hava zərbələri zamanı 31 nəfər isə yaralanıb.
Beynəlxalq Əfv Təşkilatının Yaxın Şərq və Şimali Afrika Proqramının direktor müavini Səid Boumedouha Yəmənə endirilən hava zərbələr nəticəsində mülki şəxslərin ölümündən Səudiyyə Ərəbistanının narahat olmadığını və bunları görməməzliyə vurduğunu deyib.
MənbəANS PRESS