Ölkə
ANS PRESS
Beyləqanda dəhşətli partlayış təhlükəsi
Beyləqan rayonunda baş verəcək biləcək böyük partlayışın qarşısı alınıb.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, evlərin birində çoxsaylı mərmi aşkarlanıb.
Hadisə Xacınabad qəsəbəndə qeydə alınıb.
Qəsəbə sakini Fəqan Nuruyev yaşadığı evin həyətində qazıntı işləri apararkən 20 ədəd mərmi tapıb.
Mərmilər ANAMA-nın əməkdaşlarına təhvil veriləcək.
Faktla bağlı araşdırma aparılır.
MənbəANS PRESS