Ölkə

Bərdənin Yeni Daşkənd kəndinin problemləri həll olunacaq

Metbuat.az

Bərdə, 22 aprel,

AZƏRTAC

Bərdə rayonunun Yeni Daşkənd kəndində rayon rəhbərliyinin iştirakı ilə yerli sakinlərin problemləri müzakirə olunub.


AZƏRTAC

xəbər verir ki, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərlərinin, ərazi icra nümayəndələri və bələdiyyə sədrlərinin də iştirak etdikləri görüşdə kənddə əhalinin həyat şəraitindən və mövcud problemlərdən bəhs olunub.


Görüşdə əkin sahələrinin suvarılması üçün əlavə subartezian quyularının qazılmasına, köhnəlmiş elektrik dirəklərinin və naqillərin yenilənməsinə, kənd həkim ambulatoriyasının əsaslı təmirinə ehtiyac olduğu diqqətə çatdırılıb.


Sakinlər tərəfindən qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb, digərlər məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.


Tədbirdə iştirak edən Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev sakinlər tərəfindən qaldırılan məsələləri diqqətlə dinləyərək, onların həlli istiqamətində aidiyyəti qurumların qarşısında məsələ qaldırılacağını və lazımi kömək göstəriləcəyini vurğulayıb.


Kənd sakinləri əhalinin problemlərinin həllinə diqqətlə yanaşıldığına, göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.