Digər

Belə ərdən hansı qadın qaçar? (FOTO)

Metbuat.az

Sosial şəbəkə istifadəçiləri 26 yaşlı Çinli müəllimə Sao Mayı dünyanın ən xoşbəxt qadını adlandırır.



ANS PRESS-in məlumatına görə, onun hərbçi olan əri İn Yunfenq Tibet hərbi hissəsəyə getməzdən əvvəl xanımı üçün 12 aylıq yemək hazırlayıb.



İn öz arvadını ildə yalnız bir dəfə görür. Evə son gəlişi zamanı o qeyd edib ki, arvadının işinin çoxluğundan yemək hazırlamasına vaxtı belə qalmır.



İn yoldaşının yalnız tez hazırlanan əriştəylə daim qidalanacağından onun üçün ev yeməyi hazırlamağa qərar verib.



Qayğıkeş ər yeməkləri hazırlayıb, kiçik porsiyalara bölüb, qohum və qonşuların soyuducilarına qoyub. Bir illik yemək azuqəsi üçün İn öz məzuniyyətinin bütün son həftəsini sərf edib.













Mənbə
ANS PRESS