Dünya
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel
Belçikanın “Le soir” qəzeti kiberhücuma məruz qalıb
Brüssel, 13 aprel,
AZƏRTACBelçikada gündəlik nəşr olunan “Le Soir” qəzeti aprelin 13-də “İŞİD” terror qruplaşması ilə əlaqəli olan hakerlərin hücumuna məruz qalıb. Bu barədə qəzetin baş redaktoru Didier Hamann məlumat verib. O, hadisə ilə bağlı hələlik tam araşdırmalar aparılmadığını bildirib.
Ölkənin Belga Press Agentliyi qəzeti maliyyələşdirən Rossel qrupunun bütün saytlarının yerli vaxtla saat 19.30-da məruz qaldığı kiberhücumun nəticələrinin aradan qaldırılması və hücumun mənbəyinin tam araşdırılması istiqamətində iş aparıldığı barədə məlumat yayıb.
Agentlik hakerlərin qəzetin saytına kiberhücumla kifayətlənmədiyini, regional Vallon hökumətinin saytına da hücum edərək dağıtdıqlarını bəyan edib.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel