Ölkə
Belçika XİN rəhbərinin Azərbaycana səfər proqramı açıqlanıb
Bakı. 22 aprel. REPORT.AZ/ Belçikanın xarici işlər naziri Didye Reyndersin Azərbaycana səfər proqramı açıqlanıb.
Belçikanın Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, D.Reynders aprelin 27-də Bakıya gələcək.
Aprelin 28-də Belçika XİN rəhbəri azərbaycanlı həmkarı
Elmar Məmmədyarovilə görüşəcək. Onun Azərbaycan Prezidenti
İlham Əliyevlə də görüş planlaşdırılıb.
Görüşlər zamanı həm iki ölkə, həm də Avropa İttifaqı və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə olunacaq.
Xatırladaq ki, cari ilin birinci yarısından etibarən Belçika
Avropa ŞurasıNazirlər Komitəsinə sədrlik edir.
D.Reyndersin Bakıya səfəri aprelin 29-da başa çatacaq.