Belarusun paytaxtında MDB ölkələrinin reklam üzrə Əlaqələndirmə Şurasının iclası olacaq
Minsk, 22 aprel,
AZƏRTACAprelin 23-24-də Belarusun paytaxtında MDB ölkələrinin reklam üzrə Əlaqələndirmə Şurasının XIV iclası keçiriləcək.
AZƏRTAC
BELTA-ya istinadla xəbər verir ki, iclasda Birliyə daxil olan ölkələrdə reklam qanunvericiliyinə əməl edilməsində hüquq qaydalarının tətbiqi təcrübəsi, habelə açıq yerlərdə reklam yerləşdirilməsinin normativ-hüquqi xüsusiyyətləri müzakirə olunacaq.
Bundan başqa, tədbir iştirakçıları aprelin 23-dən 25-dək Belarusun paytaxtında keçiriləcək “Ağ kvadrat” VII Beynəlxalq Marketinq və Reklam Festivalına da qatılacaqlar. Festival çərçivəsində sosial reklam müsabiqəsinin, Ticarət Nazirliyinin nümayəndəsi ilə “Reklam haqqında hüquqi dialoq: işgüzar ünsiyyətin formatı” mövzusunda görüşün, elmi-tədris proqramının, marketinq və brendinq sahəsində peşəkarların iştirakı ilə ustad dərslərinin və seminarların təşkili də nəzərdə tutulur.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk