Ölkə

BƏƏ vitse-prezidentinin rəsmi qarşılanma mərasimi olub

Metbuat.az

[ 02 Aprel 2015 12:57 ]


Bakı - APA. Azərbaycana rəsmi səfərə gələn Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun aprelin 2-də rəsmi qarşılanma mərasimi olub.

APA-nın məlumatına görə, qonağı Azərbaycan prezidenti İlham Əliyev qarşılayıb.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktuma, Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub.

Rəsmi qarşılanma mərasimi başa çatandan sonra Azərbaycan prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun geniş tərkibdə görüşü olub.