Ölkə

BDU-da Carnegie Tədqiqat Təqaüd Proqramının təqdimatı olub

Metbuat.az

Bakı, 3 aprel,

AZƏRTAC

Beynəlxalq Təhsil üzrə Amerika Şurasının Avrasiya və Şərqi Avropa Tədqiqat işləri üzrə Milli Şurası ilə birgə həyata keçirdiyi Carnegie Tədqiqat və İxtisas Artımı Proqramının (Carnegie Research Fellowship Program) əlaqələndiricisi Aleksey Xarlamov Bakı Dövlət Universitetində (BDU) təqdimat mərasimi keçirib.


BDU-dan

AZƏRTAC

-a bildiriblər ki, təqdimat mərasimində proqram haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Rusiya, Ukrayna və digər ölkələrdən olan humanitar və ictimai elmlər sahəsində fəaliyyət göstərən elmi işçilər bu proqram çərçivəsində ABŞ-ın müxtəlif universitetlərində tədqiqat imkanlarından faydalanmaq və həmin ali məktəblərdə dörd ay müddətində elmi-tədqiqat işi aparmaq imkanı qazanırlar.


Proqramda iştirak üçün ərizələr aprelin 30-dək qəbul olunur.