Ölkə
BDU-da “Bakı - 2015” ilk Avropa Oyunları ilə bağlı təbliğat kampaniyası davam edir
Bakı, 16 aprel,
AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) “Bakı - 2015” ilk Avropa Oyunları ilə bağlı təbliğat kampaniyası davam edir.
Universitetdən
AZƏRTAC-a bildiriblər ki, aprelin 16-da BDU-da “İlk Avropa Oyunlarına sən də qoşul" layihəsinin növbəti təqdimatı keçirilib. Tədbirdə ilk Avropa Oyunlarının əhəmiyyəti və gənclərin bu beynəlxalq tədbirə dəstəyindən danışılıb.
Sonra tələbələrin layihə ilə bağlı sualları cavablandırılıb.
"İlk Avropa Oyunlarına sən də qoşul” layihəsi Bakıda ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün müvafiq Təşkilat Komitəsinə dəstək göstərmək və tədbirin əhəmiyyətini geniş kütləyə təbliğ etmək məqsədi daşıyır.