İdman
“Bayer”in futbolçusu stadionun təhlükəsizlik xidmətinin işçiləri ilə yumruq-yumruğa – VİDEO
Almaniya Kubokunun ¼ finalı çərçivəsində “Bayer”lə “Bavariya” arasında oynanılan matçdan sonra stadionda gərgin anlar yaşanıb.
Metbuat.az-ın xəbərinə görə, ev sahiblərinin futbolçusu Emir Spahiç stadionun təhlükəsizlik xidmətinin işçiləri ilə dalaşıb. Hadisə kameraların obyektivlərindən yayınmayıb.
Təhlükəsizlik işçilərinin bosniyalı futbolçunun ailə üzvlərini miks zonaya buraxmaması səbəbindən hadisənin baş verdiyi iddia olunur.