Ölkə

BAXCP sədri ABŞ səfirinin müşaviri ilə görüşüb - FOTO

Metbuat.az

[ 15 Aprel 2015 15:39 ]



Bakı – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili  Qüdrət Həsənquliyev bu gün ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi işlər üzrə müşaviri Syuzan Çesli ilə görüşüb.

Partiyadan APA-ya verilən məlumata görə, görüşdə BAXCP-nin ölkədə, regionda və dünyada baş verən proseslərlə bağlı mövqeyi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı yaranmış vəziyyət, ABŞ-Azərbaycan münasibətləri, qarşıdan gələn parlament seçkiləri və digər məsələlər ətrafında müzakirə aparılıb.