Dünya

Batan gəminin azərbaycanlı matrosunun qardaşı: "İmaməddinlə hələ əlaqə yarada bilməmişik"

Metbuat.az
“Qardaşımın xilas olunmasından xəbərim var, amma onunla əlaqə saxlaya bilməmişik”

Bunu

APA

-ya açıqlamasında Oxot dənizində qəzaya uğrayan gəmidə matros işləyən

İmaməddin Sadıqov

un qardaşı

Mirzə Sadıqov

deyib. O bildirib ki, qardaşı İmadəddin Saxalində yaşayır:



“İmaməddin həmin gəmidə matros kimi çalışırdı. Gəminin batması ilə bağlı xəbər aldıq. Bizə qardaşımın adının xilas edilənlərin siyahısında olduğunu deyiblər. Lakin onun özü ilə əlaqə saxlaya bilməmişik”.



Qeyd edək ki, ilkin məlumata əsasən, gəmidə olanlardan 63 nəfəri xilas edilib. Gəminin heyət üzvləri arasında 7 nəfər azərbaycanlı olub. Onlardan artıq 4 nəfər xilas edilib.



Milli.Az