Baş prokurorun I müavini: "Ermənilərin Azərbaycana qarşı törətdiyi terror hadisələri ilə bağlı 32 cinayət işinin istintaqı yekunlaşıb"
R.Usubov qeyd edib ki, Azərbaycan ötən əsrin 80-ci illərindən başlayaraq hiyləgər erməni terrorizmi ilə üzü-üzə qalıb: "Azərbaycanın
Dağlıq Qarabağbölgəsi və onun ətrafında 7 rayonun işğalı zamanı vahimə yaratmaq, kütləvi insan tələfatına nail olmaq məqsədilə Ermənistan xüsusi xidmət orqanları hərbi əməliyatların getdiyi ərazilərdən xeyli uzaqda dinc azərbaycanlı əhalinin yaşadığı məntəqələrdə çoxlu sayda terror aktları təşkil edib, nəticədə minlərlə günahsız insan həlak olub".
O vurğulayıb ki, ermənilərin Azərbaycan ərazisində törətdiyi terror aktlarının ərazi çox genişdir: "Bunu aydın görmək üçün təkcə XX əsrin sonlarında baş verən terror faktlarına nəzər salmaq kifayətdir. Ermənistan hərbi təcavüzlə yanaşı, Azərbaycanın mülki əhalisinə qarşı da geniş terror aktlarından istifadə edib. Həmin vəhşilik aktları 1992-ci ilin fevral ayında Xocalı əhalisinin məhv edilməsi ilə kulminasiya nöqtəsinə çatıb".
Baş prokurorun birinci müavini bildirib ki, bütün bu cinayətlərin əsas təşkilatçıları və rəhbərləri Ermənistanın sabiq prezidenti Robert Koçaryan və hazırkı prezident Serj Sarkisyan olub. R.Usubov vurğulayıb ki, bütün bu terror hadisələri ilə bağlı cinayət işlərinin istintaqı aktiv şəkildə davam etdirilir.