İdman

"Barselona" ulduz futbolçusunun xidmətindən istifadə edə bilməyəcək

Metbuat.az

"Barselona"ya "Valensiya" ilə oyunöncəsi ağır itki üz verib.

Metbuat.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Andres İnyesta "yarasalar"la görüşdə meydana çıxa bilməyəcək. Buna onun PSJ ilə görüşdə belindən aldığı zədə səbəb olub. Dani Alvesin isə bu gün oynamaq ehtimalı var.

"Barselona" - "Valensiya" matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.