İdman
Qol.az
Milli.Az
"Barsa" "Real"ın oyunçusuna göz qoydu
"Barselona" əzəli rəqibi "Real"ın futbolçusu
İskonu transfer etmək istəyir.
Qol.az
-ın məlumatına görə, bu haqda İspaniyanın "El Mundo Deprotivo" qəzeti yazıb. Bildirilib ki,
Luka Modriçvə
Xames Rodrigesin sağalması ilə yenidən daha çox ehtiyat oyunçular skamyasında yer alan İsko ona daha çox şans verilməyəcəyi təqdirdə Madrid klubundan ayrılmağa müsbət baxa bilər. "Barsa"nın isə yarımmüdafiə xəttini ispan oyunçu ilə gücləndirmək istədiyi qeyd olunub.
Xatırladaq ki, İskonun "Real"la müqaviləsi 2017/2018 mövsümünün sonunda başa çatır. Onun təzminat qiyməti 150 milyon avrodur.
Milli.Az