Dünya

​Banqladeşdə tikili uçub: 11 nəfər həlak olub

Metbuat.az

Bakı. 15 aprel. REPORT.AZ/ Banqladeşin paytaxtı Dəkkə şəhərində ikimərtəbəli tikilinin uçması nəticəsində 11 nəfər həlak olub. "Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı "Frans Press" yayıb.


Bundan öncə həlak olanların sayının 5 nəfər olduğu bildirilirdi.


Ehtimallara görə, dağıntılar altında daha bir neçə nəfər qalır. Ərazidə xilasetmə tədbirləri davam etdirilir.