Dünya

Banqladeşdə sərnişin avtobusu qəzaya uğrayıb, 25 nəfər ölüb

Metbuat.az

[ 09 Aprel 2015 10:01 ]


Bakı-APA. Banqladeşdə sərnişin avtobusu qəzaya uğrayıb, 25 nəfər ölüb, 19 nəfər yaralanıb.

APA-nın “France-presse” agentliyinə istinadən məlumatına görə, hadisə paytaxt Dakka şəhəri yaxınlığında qeydə alınıb. Avtobusda cəmi 50 nəfər olub. Qəza zamanı 22 nəfər hadisə yerində, 3 nəfər xəstəxanaya aparılarkən yolda ölüb. 19 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Hadisəyə ilkin səbəb kimi sürücünün qaydalara əməl etməməsi göstərilir.