Dünya

​Banqladeşdə baş verən yol qəzasında 25 nəfər ölüb

Metbuat.az

Bakı. 9 aprel. REPORT.AZ/ Banqladeşdə sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 25 nəfər ölüb.


"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu haqda yerli polis məlumat yayıb.


Belə ki, gecə saatlarında avtobus sürücüsü idarəetməni itirməsi nəticəsində avtomobili agaca çırpıb.


Maşındakı 50 sərnişindən, sürücü də daxil olamaqla 22-si hadisə yerində, 3-ü isə xəstəxanada ölüb. 19 sərnişin isə xəstəxanaya yerləşdirilib.