Ölkə

Banka minlərlə saxta pul "atdı"

Metbuat.az

Rusiyada bank əməkdaşı 4 milyon rublu (76 400 AZN) saxta pullarla dəyişib.



ANS PRESS-in məlumatına görə, Rostov-na-Don prokurorluğu bu barədə cinayət işi açıb.



Sberbank-ın Rostov filialının yüksək rütbəli əməkdaşı 4 milyon rubl nağd pulu mənimsəyib.



Tədqiqatçıların sözlərinə görə, 2013-cü ildən 2015-ci ilə qədər şübhəli 4 milyon rubl məbləğində banka məxsus pulları mənimsəyib. 1987-ci ildən bu şəxs bankın əsas aparıcı ekspert vəzifəsində çalışıb və bütün bank şöbələrinə çıxışı olub.



Şübhəli seyfdən götürdüyü pulların əvəzinə saxta pul qoyurmuş.



Faktla bağlı araşdırma aparılır.

Mənbə
ANS PRESS