Ölkə

Balakəndə 6 otaqlı ev yandı

Metbuat.az

Balakən rayonunda 2 mərtəbəli, 6 otaqlı evdə yanğın baş verib.



ANS PRESS-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, rayonun Püştətala kəndində vətəndaşa məxsus ümumi sahəsi 336 kv.m olan ikimərtəbəli, 6 otaqlı evin 2-ci mərtəbəsində 4 otağın yanar konstruksiyaları və ev əşyaları 168 kv.m sahədə yanıb.



Evin qalan hissəsi yanğından mühafizə olunub.



Yanğın saat 00:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Mənbə
ANS PRESS