Ölkə

“BakSovet” Şən və Hazırcavablar Klubu Voronej şəhərində Mərkəzi Liqanın yarımfinalına çıxıb

Metbuat.az

Bakı, 14 aprel,

AZƏRTAC

Azərbaycanın daha bir gənc Şən və Hazırcavablar Klubu ŞHK zirvəsinə çıxmağa başlayır. Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasının nümayəndələri – “BakSovet” komandası Voronej şəhərində Mərkəzi Liqanın ilk “Start” oyununu müvəffəqiyyətlə keçirib və beləliklə, yarımfinala mübarizəni davam etdirəcək.


ŞHK-nın Azərbaycan liqasının mətbuat xidmətindən

AZƏRTAC

-a bildiriblər ki, çıxışın yekunlarına görə Bakı komandası “salamlama” müsabiqəsində ikinci və “triatlonda” birinci yerdədir.


Azərbaycan ŞHK liqasının icraçı direktoru Cavid Şahbazbəyov Azərbaycanın ŞHK komandasının növbəti uğurunu şərh edərək bildirib ki, “BakSovet” komandası üçün bu, ikinci oyun idi və komandanın üzvləri öz vəzifələrinin öhdəsindən uğurla gəldilər. C.Şahbazbəyov deyib: “Bu uğurda komandaları hazırlayan Azərbaycan liqasının xidməti var. Voronejdə yaşayan azərbaycanlıların dəstəyinin çox köməyi dəydi. Elə oldu ki, komanda yarışa gələcəyini cəmi bir həftə qabaq bildi və pərəstişkarların onların çıxışından xəbər tutmasına lap az vaxt qaldı. Həmvətənlərimiz bu gün Birinci kanalda, Premyer-Liqada, məhz burada, Voronejdə “Bakı yığması”ndan olan uşaqların il yarım əvvəl Mərkəzi Liqanın çempionları olduqlarını unutmayıblar. Bu fakt “BakSovet” komandasındakı uşaqları çox həvəsləndirib, axı Voronej tamaşaçısı bakılılardan çox şey gözləyirdi”.