Ölkə

Bakının "Atletlər kəndi" belədir (VİDEO)

Metbuat.az

"Atletlər kəndi"ndə 8 minə yaxın idmançı qala biləcək.



ANS TV-nin məlumatına görə, "Atletlər kəndi" Heydər Əliyev prospektində yerləşən 13 binanı əhatə edir. Binalar 10 və 15 mərtəbədən ibarətdir. Hər mərbəbədə isə 3 və 5 mənzil var.Elə Mənzillər də 3 və 5 otaqlıdır. Otaqlarla yanaşı mənzillərdə yerləşən sanitar qovşaqları da ən müasir tələblərə cavab verən şəkildə təmir olunub. Mənzillərin sahəsi 90 160 kvadrat mert arasında dəyişir ki, buda hər mənzildə 6 və10 atletin eyni anda qalmasına imkan verir. İdmançıların qalacağı yaşayış binalarında bütün təhlükəsizlik tədbirləridə nəzərə alınıb.



"Atletlər kəndi" üzrə menecer Alim Poladov deyir ki kənddə idmançıların asudə vaxtlarının səmərəli təşkili üçün 7 istirahət mərkəzi var. Hansı ki, bu mərkəzlərdən 4-ü 24 saat fəaliyyət göstərir. Bundan əlavə camaşırxana, 3 yeməkxana da var.



I Yay Avropa Oyunlarında iştirak edəcək ölkələrin 90 faizi artıq Atletlər kəndində qalacaq ilmançılarının siyahısını göndərib.



Mənbə
ANS TV, Aytən Abdulova