Ölkə
ANS PRESS
Bakıdakı yanğın necə baş verdi?
Bakıda yaşayış binasında baş verən güclü yanğının bəzi təfərrüatları məlum olub.
Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, Zığ şosesi, 16 ünvanı, "Nargilə" kafesinin arxasında yenidənqurma işlərinin aparıldığı 9 mərtəbəli yaşayış binasının fasadını üzləmək üçün qurulan taxta konstruksiyalar yanmağa başlayıb.
Yanğın mənzillərə keçdiyindən binada yaşayanlar təxliyyə edilib.
Hadisə yerinə 10-a yaxın yanğınsöndürmə briqadası cəlb olunub. Havanın küləkli olması yanğınsöndürənlərin işinə çətinlik törədir.
Hazırda yanğın lokallaşdırılıb. Xəsarət alanlar barədə məlumat verilmir.
Hadisənin baş vermə səbəbi hələ məlum deyil.
MənbəANS PRESS